Azərbaycan Prezidenti İlham Əliyev Finlandiyanın dövlət başçısı Sauli Niinistöyə təbrik məktubu göndərib. 

Mia.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm".