Sentyabrın 2-3-ü tarixlərində Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri ilə əlaqədar Bakıda bir sıra yollarda və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücüləri alternativ yollardan istifadə etməyə çağırır. BŞDYPİ-nin şöbə rəisi Cəmşid Hənifəyevin ANS-ə verdiyi məlumata görə, əsasən Neftçilər prospekti, Azneft meydanı, Bakıxanov küçəsi, Hüseyn Cavid prospekti və Qələbə meydanı ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. ?Neftçilər prospekti, Azneft meydanı, Bakıxanov küçəsi, Hüseyn Cavid prospekti və Qələbə meydanı daxil olmaqla nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Maşınlar cənubdan, yəni 14-cü kilometrdən şəhərə daxil olmaq üçün Xocasən yolu ilə Dərnəg?l tərəfə hərəkət edə bilərlər. Bakı şəhər sakinlərindən imkan daxilində ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur?, - deyə Cəmşid Hənifəyev bildirib.