Səlim Müslümov: "Pensiyaların son artımı üçün əlavə 50 milyon manat lazımdır"
Prezident İlham Əliyevin pensiyaların baza hissəsinin 13,3% artırılaraq 75 manatdan 85 manata yüksəldilməsi barədə verdiyi sərəncamdan 1 291 200 nəfərə yaxın pensiyaçı yararlanacaq.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin iyul ayının 1-ə olan məlumata əsasən, 1 291 139 nəfərdir. İlin sonunadək pensiyaçıların sayının 1 291 308 nəfərə çatacağı gözlənilir.
S.Müslümov onu da vurğulayıb ki, 2010-cu ilin sonunadək bu pensiyaların maliyyələşdirilməsi üçün əlavə 50 mln. manat vəsait tələb olunur. Pensiyaların maliyyəlışdirilməsində hec bir problem yaranmayacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08