Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü iclasında deputatlara telefonlarını söndürmədiklərinə görə irad tutub.
Mia.az xəbər verir ki, Oqtay Əsədov deyib:
"Mən hər dəfə bu məsələni deyirəm. Telefonlarınızı söndürün. Telefonları gətirirsiniz iclasa, dinmirik. Belə olmaz axı! Dəqiqədə bir zəng gəlir. Xahiş edirəm ki, gəlin bir-birimizə hörmət edək”.