Bu gün prezident İlham Əliyev Gəncə dövlət Universitetinin rektoru haqda sərəncam verib.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə Yusif Əmiralı oğlu Yusibov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
***
Prezidentin digər sərəncamı ilə isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də təltif edilib.
Bu barədə verilən sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elmar Rüstəm oğlu Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.