Xəbər verildiyi kimi, bu gün ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Mia.az xəbər verir ki, görüşdə müzakirə olunan məsələlərlə bağlı açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Tramp Ərdoğana konkret vədlər verib: "Cənab Tramp qəti şəkildə təlimat verdi və bundan sonra YPG-yə silah verilməyəcək. O, buna daha əvvəldən qərar verilməli olduğunu da konkret ifadə etdi. Bu, bizi çox məmnun etdi".
Mia.az