Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahında olub. 

Mia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq dövlət başçısı İlham Əliyevi qarşılayıb.

Daha sonra Prezident İlham Əliyevlə NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.