Dağlıq Qarabağda Ermənistan ordusunun 4 əsgəri minaya düşüb.
Hadisə zamanı hərbçilər Qeqam Zakaryan, Sarkis Abramyan, Sarkis Melikyan ölüb. Digər hərbi qulluqçu Narek Hovayan isə ölümcül yaralanıb, onun vəziyyətinin çox ağır olduğu bildirilir.
Hadisə noyabrın 21-də yerli vaxtla 18:35-də cəbhənin şimal-şərq istiqamətində qeydə alınıb.
Faktla bağlı araşdırmalara başlanılıb.