Mərkəzi Seçki Komissiyasının (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün başladığı kurs bu gün başa çatıb. MİA-nin məlumatına görə, DSK sədrləri üçün seçkilərin keçirilməsi barədə ölkənin müvafiq qurumlarının rəhbərləri məruzələr ediblər. Bundan başqa, kurs müddətində DSK sədrləri ayrı-ayrı DSK-larda olub, təcrübə mübadiləsi keçiblər. Bu gün DSK sədrlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən MSK sədri onlara uğurlar arzulayıb, bu kursun müsbət nəticələrinin olacağına ümid etdiyini bildirib. Sentyabrın 1-dən isə məntəqə seçki komissiyalarının sədrləri, DSK-ların isə üzvləri üçün bölgələrdə kurslar başlayacaq. Kurslar 8 region üzrə keçiriləcək. [b]Rəhilə MANAFOVA[/b]