Fikrət Məmmədov BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Fikret Akçura ilə görüzüb
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Fikret Akçura ilə görüşüb. Görüşdə nazir BMT-nin ölkəmizlə sıx əməkdaşlığını vurğulayıb.
Nazir F.Akçuranı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edərək, işində uğurlar arzulayıb, qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əmin olduğunu bildirib. Nazir ölkədə aparılan uğurlu məhkəmə-hüquq islahatı, o cümlədən hakimlərin Avropada ən mütərəqqi üsullarla seçimi və tədrisi, habelə penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib, həyata keçirilən tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə BMT-nin iştirakını yüksək qiymətləndirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08