Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu gün Rusiyaya səfərə gedəcək.
Mia.az xəbər verir ki, bu barədə prezidentin sözçüsü İbrahim Kalın məlumat verib.
Onun sözlərinə görə, Ərdoğan Rusiyanın Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə Yaxın Şərq, o cümlədən, Suriya məsələsinin müzakirəsi gözlənilir. Bundan əlavə, prezidentlər ötən illərdə imzaladıqları, lakin təyyarə böhranından sonra həyata keçirə bilmədikləri ticari-iqtisadi əməkdaşlıq müqavilələrini yenidən masaya yatıracaqlar.
Türkiyə prezidentinin Soçidən sonra, ertəsi gün Küveytə səfəri gözlənilir. Bu ölkəylə də başlıca müzakirə mövzuları Yaxın Şərq və Küveyt kapitalının Türkiyə iqtisadiyyatına cəlbi məsələləri olacaq.
Ərdoğanın son dayanacağı isə Qətər olacaq. Noyabrın 15-də reallaşacaq bu səfər Türkiyə-Qətər Ali Strateji Komitəninin növbəti – 3-cü toplantısı çərçivəsində həyata keçiriləcək. Toplantıdan sonra Ərdoğanın Qətər əmiriylə gözlənilən görüşündə iki dövlət arasındakı iqtisadi münasibətlərlə yanaşı, Yaxın Şərq məsələsinin də masaya yatırılacağı bildirilir.
Mia.az