Dünən gecə İran- İraq sərhəddində baş verən 7.3 bal gücündə zəlzələ insanları böyük qorxuya salıb.
Mia.az bildirir ki, zəlzələ nəticəsində İranın Kermanşah, Qəsri Şirin və İlam şəhərlərində ölənlərin sayı 340 nəfərə çatıb, 2500-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıblar. İraq ərazisində isə 20-yə yaxın insan ölüb, xeyli yaralı var.
Mia.az xarici mediaya istinadən İran və İraqda baş verən zəlzələnin həmin anlarını və dağıntıları əks etdirən videoları da təqdim edir: