ABŞ-ın Suriyanın tərk etməyəcəyinə dair açıqlaması Cenevrə razılaşmalarına ziddir.
Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
"Dünən Müdafiə naziri Mettisin ABŞ-ın siyasi prosesin doğru istiqamətdə hərəkət etdiyinə əmin olmayana qədər Suriyanı tərk etməyəcəyini söylədiyini eşitdim. ABŞ-ın fikrincə, doğru istiqamət rejim dəyişikliyinin olmasıdır. Baxmayaraq ki, onlar Bəşər Əsədin əvvəlki kimi, gedişini tələb etmirlər. Bütün bunlar Cenevrə razılaşmasına ziddir”, – deyə o, bildirib/Axar.az.