CHP və HDP-dən sonra Dövlət Baxçalının lideri olduğu MHP də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə öz namizədini müəyyənləşdirib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, MHP bu gün keçirilən toplantıda məclis sədrliyinə İstanbudan seçilmiş millət vəkili Cəlal Aydının namizədliyini irəli sürüb.

Xatıradaq ki, CHP məclis sədrliyinə İzmirli deputat Zəkəriya Temizel, HDP isə Hakkarii deputat Səlma Irmakın namizədiyi üzərində dayanıb.

Ərdoğanın lideri olduğu AKP isə hələlik öz namizədinin adını açıqlamayıb.

Bəzi iddialara görə, AKP yenə hazırkı məclis sədri İsmayıl Qəhrəmanın namizədliyini irəli sürəcək. Lakin AKP daxilində bu dəfə yeni namizəd olacağı haqda söhbətlər də var.

AKP-nin bu gün axşam, ya da sabah öz namizədini açıqlayacağı gözənilir.

Mia.az