Bu gündən Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosinə yenidən 15 faiz gömrük idxal rüsumu tətbiq ediləcək.
 
Belə ki, Nazirlər Kabineti 10 avqust 2017-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələr”inə dəyişiklik edib.
 
Xatırladaq ki, avqustun 10-da verilən qərara əsasən,  Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosin 90 gün müddətində gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumundan azad edilmişdi. Qərar dərc edildiyi gündən, yəni avqustun 12-dən qüvvəyə minmişdi. Bu müddət bu gün, noyabrın 10-da bitib.
 
Qeyd edək ki, Nazirlər Kabineti 10 avqust 2017-ci il tarixli qərarı ilə  "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə etdiyi dəyişikliyə əsasən reaktiv mühərriklər üçün kerosin üçün aksiz vergisi 1 ton üçün 80 manatdan 1 manata endirmişdi. Bu qərar avqustun 12-dən, dərc edildiyi gündən 90 gün müddətində qüvvədə idi. Bu müddət də bu gün - noyabrın 10-da başa çatıb. 

APA