Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmrinə əsasən, dərs ili ərzində 5 gün payız tətili 16-20 noyabr tarixərində müəyyən edilib.
Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir.
2017-2018-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü 21 noyabr tarixində olacaq.