Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən doktorantura yaradılan elmi müəssisələrin sayı artırılıb.

Beləliklə, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus "Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti fəlsəfə və elmlər doktoru hazırlayacaq.

Qeyd edək ki, Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan prezidentinin 8 may 2014-cü il sərəncamı ilə yaradılıb.