Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng açıb.
 
Mia.az APA-ya istinadən bildirir ki, B. Yıldırım Azərbaycan prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu verdikləri dəstəyə görə təşəkkür edib.
 
Türkiyənin baş naziri Bakı-Tbilisi-Qars dəmir yolunun xeyirli olmasını arzu edib.
 
Qeyd edək ki, sabah Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş nazirinin iştirakı ilə  Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçiriləcək.