Prezident İlham Əliyev Milli Məclisin deputatları ilə bağlı sərəncam imzalayıb. 

Mia.az-ın məlumatına görə, sərəncama əsasən millət vəkili Musa Qasımlı "Şöhrət” ordeni ilə təltif edilib. O,  Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə bu ordenlə təltif edilib.

*** 

Prezident İlham Əliyev Hadi Rəcəblinin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

H. Rəcəbli Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.