Yaxın 3 gün ərzində havalar nisbətən isinəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir açılacağı gözlənilir, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 23-26?, axşam 21-23?. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25? olacaq.
Sabah isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir buludluluğun artacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22?, gündüz 26-28? olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25? olacaq.
Avqustun 25-də isə hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23?, gündüz 27-31? oalcaq. Avqustun 26-da isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcəyi, havanın temperaturunun gecə 20-23?, gündüz 28-31? olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə avqustun 24-də gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturunun gecə 17-22?, gündüz 26-31?, dağlarda gecə 11-13?, gündüz 19-24? olacağı proqnozlaşdırılır.
Avqustun 25-26-da isə rayonlarda gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək və havanın temperaturu gecə 18-23?, gündüz 28-33?, dağlarda gecə 11-15?, gündüz 19-24? olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin zəif və mülayim tərəddüdləri əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08