Bu gün Müsavat Partiyasının qərargahında milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatının 10-cu ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədrinin müavini Bəybala Əbil, Milli Məclisin deputatı Pənah Hüseyn, Müsavat Partiyasının Divan üzvü İbrahim İbrahimli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və digərləri çıxış ediblər. Onlar Ə. Elçibəyin Azərbaycan xalqının və dövlətinin taleyində oynadığı rola diqqəti yönəldərək, onun milli azadlıq hərəkatının lideri kimi fəaliyyətini yüksək qiymətləndiriblər. Avqustun 22-də Ə.Elçibəyin məzarının ziyarət olunması qərara alınıb.