Azərbaycan Milli İstiqlal Partiyasının yeni seçilmiş sədri Yusif Bağırzadə, baş katibi Arzuxan Əlizadə və mətbuat və təbliğat məsələləri üzrə katibi Əli Orucov Azərbaycan Demokrat Partiyasının mərkəzi qərargahında partiyanın rəhbərliyi ilə görüş keçiriblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüş zamanı iki artiya arasındakı əməkdaşlıq məsələləri, AMİP-in Dağlıq Qarabağ məsələsi ilə əlaqədar təklifləri və parlament seçkilərində iştirakla bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə ADP-ni partiyanın sədri Sərdar Cəlaloğlu, birinci müavin Həsrət Rüstəmov və seçkilər üzrə müavin Taliyyət Əliyev təmsil edib.