İspaniya Baş naziri Mariano Rajoy hökumətlə növbədənkənar keçirdiyi topantıdan sonra Kataloniya ilə bağlı qəbul edilmiş sərt qərarları açıqlayıb.
Mia.az xarici mediaya istinadən xəbər verir ki, o bildirib ki, hökumətin qərarına əsasən, muxtar vilayətin statusu 6 aylıq ləğv edilib, rəhbərliyi isə vəzifələrdən kənarlaşdırılıb.
Hökumət, eyni zamanda, 6 ay içində Kataloniyada yeni seçki keçirilməsinə qərar verib: "Hökumət qəbul etdiyi bu qərarı təsdiqləmək üçün İspaniya parlamentinə göndərdi. Bir neçə günə senatın qərarı təsdiqləyəcəyini gözləyirik".
Baş nazir bildirib ki, Kataloniya hökuməti bu müddətdə bütün səlahiyyətlərini mərkəzi hökumətə təhvil verməlidir.
Mia.az