Azərbaycan paytaxtında ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Maştağa-Zabrat yolunda Rəşad Kərimovun idarə etdiyi ?VAZ-2107?, Aydın Kərimovun idarə etdiyi ?VAZ-2106? və Əli Kərimovun idarə etdiyi ?Range Rover? markalı avtomobillər toqquşub. Nəticədə Rəşad Kərimov hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.