"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar". 

Mia.az xəbər verir ki, bunu Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov "Feysbuk" səhifəsində yazıb.

O, UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində dünən "Qarabağ" - "Atletiko Madrid" klubları arasında keçirilən oyununun baş hakimini pisləyib: 

"Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur".

Mia.az