Rəsmi Vaşinqton oktyabrın 8-dən Türkiyəyə tətbiq etdiyi viza qadağasını ləğv etmək üçün 4 şərt irəli sürüb.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu şərtləri Ankarada səfərdə olan ABŞ nümayəndə heyəti türk hökumətinə təqdim edib:
"Həmin şərtlər isə bunlardır:
- Mətin Topuz və Mete C. ilə bağı sübutar verilməli (Həmin şəxslər ABŞ-ın İstanbuldakı konsulluğunda işləyir; onlar FETÖ üzvü olmaqda ittiham olunur, birinci həbs edilib, digəri isə axtarılır);
- ABŞ dipomatik korpuslarında işləyənlərlə bağlı bütün istintaq materialları haqda ABŞ-a informasiya verilməlidir;
- Qarşılıqlı təmasların ABŞ-ın istəyinə uyğun olub-olmadığı sorulmalı;.
- Diplomatik korpuslarda işləyənlər əgər ABŞ-ın istəyi ilə təmas qurubsa, tutulmamalıdirlar;".
Mia.az