Prezident Ilham Əliyev Macarıstan prezidentini Pal Şmitti Macarıstanın milli bayramı ? Müqəddəs İştvan günü münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: ?Əminəm ki, Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin möhkəmlənməsi, istər ikitərəfli qaydada, istərsə də Avropa strukturları çərçivəsində əməkdaşlığımızın dərinləşməsi prosesləri bundan sonra da ardıcıl şəkildə davam edəcək?.