Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.
Mia.az Azərtca-a istinadən xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.
***
Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirilib.
APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan özünün "Twitter” səhifəsində yazıb.

