Müstəqillik referendumundan sonra İraq Mərkəzi Hökuməti ilə Şimali İraq Kürd Muxtariyyəti arasındakı kəskin qarşıdurma artıq savaş həddinə çatıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraq hökuməti rəsmi Ərbilin Kərkükə PKK terroristlərini yerləşdirdiyini açıqlayıb: "PKK terroristlərinin sürətlə Kərkükə yerləşdirilməsi və həmin terroristlərin oradakı varlığı rəsmi Bağdada savaş elanıdır".
İraq hökumətinin az əvvəl yaydığı bu bəyanata muxtariyyətdən cavab dərhal verilib.
Bildirilib ki, Kərkükdə PKK-lılar yoxdur: "Bu ittihamlar yalandır".
Mia.az