Türkiyənin baş naziri Binəli Yıldırımın Iraqa səfəri təxirə salınıb.
Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirib ki, sabah gerçəkləşməli olan səfər baş nazirin gərgin qrafiki ilə bağlı təxirə salınıb: "Yaxın vaxtlarda səfər gerçəkləşdiriləcək".
Qeyd edək ki, səfər zamanı Binəli Yıldırımla İraqın baş naziri Heydər əl-İbadinin görüşərək, kürd muxtariyyətinin keçirdiyi referendumdan sonra iki ölkənin ortaq "yol xəritəsi"nin müzakirə ediləcəyi gözlənilirdi.
Mia.az