Amerika Birləşmiş Ştatları İranla bağlanmış 5+1 sazişindən çıxmamaq qərarı verdi.
Mia.az xarici mediaya istinadən xəbər verir ki, prezident Donald Tramp topnatıdan sonra açıqlama verərək, bir daha İranla bağlanmış sazişin rəsmi Vaşinqtonun milli maraqlarına cavab vermədiyini bildirib. Lakin o, sazişdən çıxmayacaqlarını bəyan edib.
Tramp bildirib ki, İranın hakim rejimi diqqətlərindədir: "İran terrora dəstək verir. Biz İranın nüvə silahına sahib olmamasına çalışırıq və bu üzdən anlaşmanın gözdən geçirilməsi vacibdir".
Tramp daha sonra İran İnqilab Keşikçiləri Korpusuna qarşı "bölgədə terrora dəstək ittihamı" sanskiya tətbiq edəcəklərini bəyan edib.
Xatırladaq ki, ABŞ lideri 2015-ci ildə ABŞ, İngiltərə, Çin, Rusiya, Fransa daxil olmaqla 5 ölkənin İranla əldə etdiyi razılığın Birləşmiş Ştatların milli təhlükəsizliyinin marağında olmadığını bəyan edirdi və bu sazişi tərk edəcəklərini tez-tez səsləndirirdi. Gözlənilirdi ki, bu gün həmin sazişdən çıxma qərarı alınacaq...
Mia.az