ABŞ-la Türkiyə arasında yaşanan viza böhranına NATO-dan da rəsmi reaksiya verilib.
Mia.az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun Baş katibi Stoltberq rəsmi Ankara ilə Vaşinqtona çağırış edib.
O, Iraq və Suriyadakı savaşlarda Türkiyə ilə iş birliyinə diqqət çəkərək, problemin təcili həll edilməsinin vacibliyini qabardıb: "ABŞ və Türkiyəni böhranın həllini tapmağa çağırıram. Çünkü xüsusi ilə o bölgədə birlikdə hərəkət etməmək üçün bu, çox vacibdir. Türkiyə terrorla mübarizədə kilid funksiyası daşıyır".
Mia.az