Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini Ziyafət Rəhimov "RAF" markalı avtomaşını idarə edərkən, onu aşırıb. Nəticədə onun sərnişini Yədulla Əfsəlov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.