2010-cu ilin sonuna kimi ölkədə telefon sisteminin elektronlaşmasının tamamilə başa çatdırılması nəzərdə tutulur. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, görülən işlər sırasında e-hökumət layihəsinin ?vahid pəncərə? sistemi vasitəsi ilə həyata keçirmək və bu sistem əsasında ilk xidmətlərin təqdim edilməsini təmin etmək əsas məsələlərdəndir. ?Bununla yanaşı, Nazirlik internetin istifadə imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində intensiv işlər aparmaqla ilin sonuna kimi ölkədəki internet istifadəçilərinin sayının orta ümumdünya göstəricilərindən iki dəfə çox olmasını təmin etmək və bununla da inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşmağa nail olmaq niyyətindədir?-deyə məlumatda vurğulanır.