Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Minskdə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasla görüşüb.
 
Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər, sıx qarşılıqlı əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.