Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, sərəncama əsasən, ölkədə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə, "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirməli və icranın gedişi barədə hər yarımildə bir dəfə prezidentə məlumat verməlidir.

Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.