Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti (RİH) 600 nəfərlik tutumu olan ?Təbriz? kinoteatrında AXCP-yə qurultay keçirməyə razı olduqlarını bildirib. Bu barədə açıqlama verən AXCP sədrinin müavini Nurəddin Məmmədli isə avqust ayında Təbriz kinoteatrında qurultay keçirmək fikrində olmadıqlarını bildirib. Onun sözlərinə görə, isti hava şəraitində həmin məkanda qurultay keçirməyəcəklərini qeyd edib. Onun sözlərinə görə, əgər sərinləşdici vasitələri olan məkan tamsalar tezliklə qurultaylarını keçirəcəklər. Bu, mümkün olmasa, təklif olunun yerlə razılaşıb qurultayı sentyabrda reallaşdıracaqlar.