Bir neçə gün əvvəl mediada Fərhad Əliyevin Sumqayıt Texnologiyalar Parkına (STP) rəhbər təyin olunması ilə bağlı dərc olunan xəbərlərə rəsmi reaksiya verilib.

Mia.az xəbər verir ki, STP-nin mətbuat xidmətindən qaynarinfo-ya daxil olan məlumata görə, mətbuatda çıxan informasiya həqiqəti əks etdirmir.

"Bildirmək istəyirik ki, "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təsisçisi ilə bağlı heç bir dəyişiklik olmamışdır. Emin Məmmədov bu ilin mart ayında təsisçinin qərarı əsasında "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru təyin olunmuşdur və bu barədə məlumat ictimaiyyətə açıqlanıb".