Türkiyə prezidenti Azərbaycanın baz naziri ilə görüzüb
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül avqustun 17-də onun üçün ayrılmış iqamətgahda baş nazir Artur Rasizadəni qəbul edib. A.Gül iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu, Azərbaycanın sürətli inkişafından məmnunluğunu bildirərək, ikitərəfli münasibətlərin siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə get-gedə inkişaf etdiyini söyləyib.
Münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə Qafqazın sabitliyi və təhlükəsizliyi üçün Türkiyənin həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib. Türkiyə prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, ölkəsinin bu məsələdə daim Azərbaycanın yanında olduğunu vurğulayıb.
Öz növbəsində, baş nazir A.Rasizadə əmin olduğunu bildirib ki, Türkiyə prezidentinin səfəri iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı işgüzar əlaqələrin genişləndirilməsinə xidmət edəcək.
Qeyd olunub ki, səfər nəticəsində əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da inkişafı üçün çox mühüm rol oynayacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50