Sentyabrın 8-11-də Fyizyan vilayətinin Syamen şəhərində 14-cü Beynəlxalq Çin iqtisadi-ticarət və investisiya yarmarkası, həmçinin II Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Hər il keçirilən tədbirdə 100-dən çox ölkədən minlərlə qonaq iştirak edir. İndiyədək bu yarmarkalarda investisiya layihələri üzrə 14 mindən çox müqavilə bağlanılıb. Yarmarkanın təşkilatçıları Azərbaycan sahibkarlarını bu tədbirlərə dəvət edirlər.