Avqustun 16-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşüb. Səfər Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edərək bildirmişdir ki, Azərbaycan İraqla əlaqələrin qurulmasına önəm verir. İraqlı qonaq isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini və erməni təcavüzünü pislədiyini bəyan edib.