Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə Abasova Aygün Elşad qızı və Səlimov Yalçın Ramiz oğlu "Tərəqqi” medalı ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Ağayeva Püstə Tofiq qızı, Məlikova Təranə Nadir qızı və Zeynalova Rəma Mais qızı Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

*** 

Prezident İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

Əfəndiyev Toğrul Rasim oğlu

Əsədova Xədicə Vəli qızı

Həbibova Sevda Nürəddin qızı

Məlikova Əminə Zakir qızı

Nuriyeva Mehriban Qulam qızı.


**** 

Prezident İlham Əliyev Təranə İsgəndərovanın "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda mədəni irsin təbliğində səmərəli fəaliyyətinə görə Təranə Qulam-Rza qızı İsgəndərova "Tərəqqi” medalı ilə təltif edilsin.