Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bildirib. M.Quliyev deyib ki, onlardan 85 nəfər hazırda həbsdədir,195 nəfər isə vətəndaşlıqdan çıxarılıb:
"Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”.
M. Quliyev deyib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub:
"Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq. Valideynləri həlak olan azyaşlı azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir”.