Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevlə bağlı sərəncam verib.
Mia.az AzərTac-a istinadən xəbər verir ki, sərəncamda qeyd edilir ki, dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Elçin İsağa oğlu Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilsin.