?Azərbaycan Milli Məclisinin deputatlarından birinin oğlu məşhur türk aktrisası, bir çox türk seriallarında rol alan Səadət Aksoya Bakının Mərdəkan kəndində dəyəri 250 min manatdan artıq olan villa hədiyyə edib?. Bu barədə məlumatı Qaynar.info-ya məlumatlı mənbələr verib. Xəbərə görə, 27 yaşlı aktrisa ilə deputat oğlu Türkiyənin məşhur istirahət zonalarından olan Bodrumda istirahət edərkən tanış olublar. 2 həftədən artıq bir arada istirahət edib, dostlaşdıqdan sonra deputatın oğlu Səadət Aksoya dəyəri 250 min manatdar artıq olan villanın açarlarını hədiyyə edib və onu Bakıya dəvət edib. Mənbə qeyd edir ki, deputat oğlunun belə dəyərli hədiyyəsindən məmnun qalan aktrisa yaxın günlərdə Bakıya gələcəyinə söz verib. Parlamentin biznesmen millət vəkillərindən olan həmin deputatın adı Qaynar.info-ya bəllidir. Əməkdaşlarımız bu gün deputatın telefonuna zəng edib məsələni dəqiqləşdirmək istəsə də, millət vəkilinin telefonu davamlı qapalı olub. Odur ki, olayı deputatın özü ilə dəqiqləşdirmək imkanımız olmadığından həmin parlamentarinin adını hələlik açıqlamırıq. Adı keçən tərəflərin də mövqeyini işıqlandıra bilərik.