Xalq artisti Aygün Kazımovanın və türk müğənnisi Yusif Güneyin Nabrandakı istirahət məkanlarından birindəki konsertində gözlənilməz qonaq peyda olub. Belə ki, populyar müğənni Röya həyat yoldaşı Anar və onun qohumları ilə illərlə soyuq münasibətdə olduğu Aygün Kazımovanın konsertinə gəlib. Konsertdə Aygün Kazımovanın pərəştişkarlarının çoxluq təşkil etməsinə baxmayaraq, tamaşaçılar müğənnini çox isti qarşılayıblar. Röya üçün səslənən gurultulu alqışlar xalq artistinin alqışlarından az olmayıb.