Iraqın baş naziri Heydər Əl-ibadi İraqın şimalındakı kürd muxtar bölgəsinin rəhbərliyini hərbi müdaxilə ilə hədələyib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın baş naziri kürdlərin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqilliklə bağlı referendum aktının şiddətə yol açacağı halda bölgəyə hərbi müdaxilə edəcəklərini bəyan edib: "Biz buna hazır vəziyyətdəyik".