Dünən saytımızda "Oliqarxlar arasında zavod qovğası” adlı yazı gedib.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a danışan Daşəkəni icra başçısı Əhəd Abıyev deyib ki, həqiqətən də zavod ətrafında qovğa var: 

"Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göüründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.

Zavodda məmurların maraqlarının olması ilə bağlı Ə.Abıyev bunları deyib: 

"Zavodda Kərəm Həsənovun və Elmar Vəliyevin maraqlarının olmasını mən də eşitmişəm. Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o, istehsalatı yaxşı bilən mütəxəssisdir”.