"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir. Qanunun 4.2-ci bəndində qeyd edilib ki, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə aparılır. Beləliklə dəçağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan qurumlar dəyişdirilir.
"Bu qurumlarda kəşfiyyat və əks- kəşfiyyat xidmətinin subyektləri məlumat daşıyıcılarıdır. Onlar xidmətlərini başa vurduqları zaman da yenə də üzərilərində həmin öhdəliklər qalır. Həmin şəxslərin malik olduqları məxfi məlumatları yaymamaq öhdəliyi var. Bu şəxslər həmin qurumlarda fəaliyyəti başa çatdırdıqdan sonra onların adları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin siyahısına düşürdü. Halbuki, bu, müəyyən qədər təhlükə deməkdir. Hazırda ediləcək dəyişikliyə əsasən isə həmin şəxslərin adları xidmət etdikləri qurumların ehtiyat siyahısında qalacaq. Beləliklə, bu, onların gizliliyini təmin edəcək”.