Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün havanın temperaturu gündüz 37-39, bəzi yerlərdə 41, axşam 30-32, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 30-31 dərəcə isti olacaq. Avqustun 12-də şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27, gündüz 36-38, bəzi yerlərdə 40, Abşeron çimərliklərində dəniz suyunun hərarəti 30-31 dərəcə isti olacaq. Avqustun 13-də şərq küləyi əsəcək. Gecə 24-27, gündüz 36-38 dərəcə isti olacaq. Avqustun 14-də hava az buludlu, yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 24-27, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 12-də hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda gecə 16-20, gündüz 28-33 dərəcə isti olacaq. Avqustun 13-14-də əksər rayonlarda hava yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 36-38, bəzi yerlərdə 40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.